Bakıda yeni açılan xəstəxanalara hər adam götürülmür, ancaq vəzifəlilər götürülür - İzləyicidən Şikayət Məktubu.

İzləyicilərdən (Şəbnəm Ağayeva) daha bir məktub aldıq:

 

Xəstənin adı İsmayılova Səbinə Şıxheybət qızı (Qusar rayon qeydiyyatlı). Hal hazırda Bakıda kirayə qalır. 3 həftəyə yaxındır ki quru öskürəyi vardı, əlavə olaraq da tiroidit. 2 həftə Qusar rayonunda KT-yə düşdü, ağ ciyərlərini yoxlatmaq üçün, müayinə təmiz çıxıb. Bakıya qayıdandan sonra öskürəyi kəskinləşdi. Artıq bəlğəmli öskürəyə çevrildi və boğulmalar başladı. Təngnəfəslik də əlavə olundu. Və kürəyi ağramağa başladı, ağ ciyəri tərəfdədə ağrıları var. Qızdırma isə 38-39 idi. 09.06.2020 axşamüstü bizdən gəlib koronavirusla bağlı analiz götürüldü, evdə 3 nəfər qalırıq. Səbinənin vəziyyəti çox ağırdır. Digər iki nəfərdə 4 gündür artıq 37 qızdırma düşmür. 09.06.2020 “skorıy” koronavirusla bağlı yaxma götürərkən dedi ki, Səbinənin vəziyyəti ağırdır, aparılmalıdır xəstəxanaya. Dedilər ki, ilk əvvəl yenidən KTyə salınacaq xəstəxanada, cavab çıxan kimi də Astaraya aparacağıq. Çünki, Bakıda yer yoxdur artıq. Axşamüstü olduğu üçün KTyə sala bilməyiblər, çalışmayıb. Xəstəyə yoxlamadan Astaraya aparılması təklif olunub. Xəstə də bildirib ki, bəs Astarada yoxlanılacaq ciyərlərim dəqiq ? “Skorıy” bildirib ki, xeyr, Astarada KT yoxlanışı yoxdur. Xəstə də yoxlanılmadan getməkdən imtina edib. Xəstə evə geri qaytarılıb. Sonra dəfələrlə Təbiblə, qaynar xəttlə, Səhiyyə Nazirliyi, Operativ Gərargahla da əlaqə saxlanılıb. Deyiblər ki, xəstə aparılmalıdır xəstəxanaya, 103-ə zəng edin. 103 gəlir, bizə bildiyimiz eyni məlumatları verir və əlavə edir ki, xəstəxanalarda yer yoxdur. Çıxıb gedirlər. Ağır xəstənin hal hazırda ishalı və qusması da var. Ağır xəstə 10.06.2020 tarixində Diaqnoz Tibb Mərkəzinə yaxınlaşaraq yenidən KTyə düşüb. KTnin cavabı isə - Sol ağciyərin bazal seqmentlərində "buzlu şüşə" görünümdə opasifikasiya sahələri, lazerobazal seqmentdə isə plevroparenximal konsolidasiya izlənilir - qeyd olunub.

 

0124924161, 0125050330, 0124927554, 0125051333, 0125657103, 103, 102, 1542, 0125659106, 0125654106, 9103 bu nömrələrlə əlaqə saxlanılıb.

 

“Skorıylarla” 09.06.2020 tarixindən durmadan zəng edirik. Ancaq gəlib məsləhət verirlər. Köməklik göstərilmir.

 

Artıq 3-cü gündür ki, operativ gərargahla əlaqə saxlayırıq. Şikayətiniz qəbul olundu deyirlər, lakin hələ də bir cavab yoxdur.Ən son da dünən gecə 02:00 radələrində “skorıy” gəldi. Halı pisləşmişdi qızın. Yenə köməklik göstərilmədi. Mərkəzə zəng etdilər yanımızda, soruşdular. Mərkəzdən cavab verildi ki, yer yoxdur, nə Bakıda, nə də ki rayonlarda.

 

Özəl klinikalar da götürmürlər xəstəni, diaqnoz deyilən ki, kənar dururlar ki, bu virusdur artıq. Virus olduğu halda biz qəbul etmirik. Dövlət köməklik göstərməlidir.

 

Dünən gecə 02:00 radələrində gələn “skorıy” dedi ki, Bakıda yeni açılan xəstəxanalara hər adam götürülmür, ancaq vəzifəlilər götürülür. Biz də əmrə tabeyik. Heç nə edə bilmərik təssüf ki. Xəstə evdə müalicə olunsun. Səbinə evdə müalicə alacaq vəziyyətdə deyil artıq. Boğulmalar uzun çəksə, biz evdə nə edə bilərik ki?

 

Məktubun sonu.

 

Bu, xəstələrdən eşitdiyimiz onlarla oxşar hadisələrdən biridir. Test mənfi.  CT şəkli spesifikdir.  Klinik olaraq pasiyent orta ağır və ya ağırdır. Xəstə xəstəxanaya yerləşdirilmir. Operativ qərargahından bu işə OPERATİV reaksiyasının verilməsini xahiş edirik. Bənzər keysləri SAYTdakı şərhlərdə BURADA ətraflı yazın. Facebookda yazmayin.  Orada itirilə bilər.

 

Əlavə: Saat 15:06-da bizimlə bu pasiyentə görə təbibdən əlaqə saxladılar... 15:10-da Mən pasiyentin Adresi və telefonu göndərdim Təbibə. Saat 16:55-dir Pasiyentin deməsinə görə onunla heç kim əlagə saxlamadı... Sitat:  "Yox, əlaqə saxlanılmayıb ( Zəngi gözləyirik biz də." sitatın sonu. 

Əlavə!  Saat 18:48-də xəstənin ATU-nun tədris-terapevtik klinikasında stasionara yerləşdirildiyi barədə mesaj aldıq. 

 

 

 


  • Dr Shabanova Avatar
    Dr Shabanova - 3 həftə əvvəl
    Gelnimiz uc gundur xestedir, virus cixib, qizdirmasi var, usagi iki yasinda da xestedir, tecili yardim Astaraya aparmaga teklif edib. Rayonda bir komeyimiz de catmayacaq onlara.eger xestexana varsa Bakida, rayona niye yerlesdirilmelidir?

    Zaur Orucov Avatar
    Zaur Orucov - 3 həftə əvvəl
    Ətraflı yazın zəhmət olmasa

  • Земфира Avatar
    Земфира - 3 həftə əvvəl
    Какой ужас... как страшно 😰😰😰 В больнице в Баку нет мест или же действительно такой айрысечкилик имеет место быть?

    Zaur Orucov Avatar
    Zaur Orucov - 3 həftə əvvəl
    Я думаю нет такой сегрегации.

Authentication required

You must log in to post a comment.

Log in